MƏDƏNİYYƏT
Samarada Mstislav Rostropoviçin xatirəsinə həsr olunan festival keçirilir
Moskva, 3 oktyabr, AZƏRTAC
Rusiyanın Samara şəhərində dahi musiqiçi və violonçel ustası Mstislav Rostropoviçin xatirəsinə həsr olunan festival keçirilir.
Festivalda Valeri Gergiyevin rəhbərliyi ilə Mariya Akademik Teatrının simfonik orkestri çıxış edəcək. Həmçinin P.İ.Çaykovskinin “Yevgeni Onegin” operası, Gektor Berliozun, Radion Şedrin və başqalarının əsərləri səslənəcək.
Təşkilatçılar bildiriblər ki, festivalın devizi dahi dirijor və musiqiçi Rostropoviçin bu sözləridir: “Musiqi şəfa gətirir, musiqi xeyirxahlıq məşəlini yandırmağa, dünyanı dəyişməyə və daha təkmil etməyə qadirdir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [14:32]
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
- 20.04.2024 [14:18]
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir
- 20.04.2024 [12:03]
“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO
- 20.04.2024 [10:56]
Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb
- 20.04.2024 [10:43]
Nəsibə Zeynalovanın anadan olmasının 108-ci ildönümü tamam olur
- 20.04.2024 [00:32]
Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub
- 19.04.2024 [22:41]