REGİONLAR
Şamaxı məktəblisi: Quba soyqırımı məzarlığı ermənilərin tarix boyu bizə olan münasibətinin bariz nümunəsidir
Quba, 19 noyabr, Elxan Yusifli, AZƏRTAC
İlk dəfədir bu bölgədə oluram. Qubanın nə qədər qədim bir şəhər olduğunu gözlərimizlə gördük. Şimal bölgəsi ölkəmizin ən gözəl turistik zonasıdır və bura yayda daha çox qonaqlar gəlir. Amma biz gördük ki, Qubanın təbiəti qışda da füsunkardır. Ekskursiya zamanı qarın yağması gəzintimizə əlavə rəng qatdı.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı, Şamaxı rayonu Ovculu kənd tam orta məktəbinin şagirdi Adəm Heybətov söyləyib.
Məktəbli bildirib ki, Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıq onun yaddaşında dərin iz buraxıb: “Bu məzarlıq ermənilərin tarix boyu bizə olan münasibətinin bariz nümunəsidir. Ötən əsrin əvvəllərində bütün Azərbaycan ərazisində soydaşlarımıza qarşı soyqırımları törədilib. Biz gənc nəsil bunu heç vaxt unutmamalıyıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]