REGİONLAR


Şamaxıda 1101 ton meyvə istehsal olunub

A+ A

Şamaxı, 6 noyabr, AZƏRTAC

Şamaxı rayonunda meyvə yığımı başa çatıb. Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, cari mövsümdə mövcud 442,9 hektar meyvə bağlarından 1101 ton məhsul yığılıb. İstehsal olunan meyvə ötən ildəki göstəricidən 222 ton çox olub.

Qeyd edək ki, Şamaxıda son illər yeni meyvə bağları salınıb. Burada daha çox alma və qoz yetişdirilir. Yetişdirilən məhsul şirə zavodlarına satılır, habelə yerli bazarlara çıxarılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.