REGİONLAR
Şamaxıda M.Ə.Sabirin yaradıcılığına həsr olunan VIII bədii qiraət müsabiqəsinə yekun vurulub
Şamaxı, 27 may, AZƏRTAC
Şamaxıda Mirzə Ələkbər Sabir yaradıcılığına həsr olunan VIII bədii qiraət müsabiqəsinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yekun müsabiqədə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov, Milli Məclisin deputatı Elxan Süleymanov və başqaları iştirakçıları təbrik ediblər. Bildirilib ki, artıq səkkizinci ildir keçirilən M.Ə.Sabirin yaradıcılığına həsr olunan bədii qiraət müsabiqəsi rayonun mədəni həyatında mühüm yer tutur. Çıxışlarda Mirzə Ələkbər Sabirin yaradıcılığından, onun poeziyasının əhəmiyyətindən danışılıb, görkəmli satira ustasına xalq məhəbbətindən söz açılıb.
Qeyd edək ki, Şamaxının təhsil müəssisələrinin şagird və tələbələri arasında keçirilən müsabiqənin final turunda 100 nəfərə yaxın iştirakçı qalib adı uğrunda mübarizə aparıb.
Sabir yaradıcılığının tədqiqatçılarından ibarət münsiflər heyəti iştirakçıların bacarıqlarını qiymətləndirib, qaliblərə diplom və pul mükafatları verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]