REGİONLAR


Şamaxıda dünya çempionu Oleq Krapivinin şərəfinə IV respublika turniri keçirilib VİDEO

A+ A

Şamaxı, 9 oktyabr, Adil Ağayev, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə oktyabrın 9-da Şamaxı Olimpiya Mərkəzində dünya çempionu Oleq Krapivinin şərəfinə yeniyetmələr arasında sərbəst güləş üzrə IV respublika turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.

Sonra Olimpiya Mərkəzində turnirin açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən Şamaxı Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov respublika birinciliyinə 32 şəhər və rayondan 300 nəfər 2002-2004-cü il təvəllüdlü yeniyetmə güləşçinin qatıldığını bildirib. Habelə Oleq Krapivinin hazırda yaşadığı Ukraynadan gələn idmançıların da yarışlarda iştirak edəcəklərini söyləyib.

Daha sonra çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova, Gənclər və İdman Nazirliyinin məsul işçisi Tofiq Eyvazov, Olimpiya çempionu, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev və başqaları ölkəmizdə idmanın inkişafından, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan, idmançılarımızın Avropa və dünya çempionatlarında qazandıqları uğurlardan danışıblar.

Natiqlər 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində dünyaya göz açan, on yaşında ikən ailəsi ilə birlikdə Bakıya, Bakıxanov (o vaxtkı Razin qəsəbəsi) qəsəbəsinə köçən, Azərbaycan vətəndaşı olmağı ilə fəxr edən dünya çempionu Oleq Krapivinin şərəfinə keçirilən turnirdə yeniyetmə idmançılara uğurlar arzulayıblar.

Sonra yarışlara start verilib. Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, beynəlxalq dərəcəli idman ustası Yaqub Məmmədovun baş hakimliyi ilə gərgin və maraqlı idman mübarizəsi şəraitində 10 çəki dərəcəsi üzrə keçirilən yarışlarda qaliblər müəyyənləşib.

Qalib idmançılar təşkilat komitəsinin diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.