REGİONLAR


Şamaxıda heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb

Şamaxı, 5 iyul, AZƏRTAC

Şamaxı rayonunda cari ilin birinci yarısı kənd təsərrüfatının ənənəvi, həm də aparıcı sahələrindən olan heyvandarlıqda uğurlu nəticələrlə yekunlaşıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ilin ilk altı ayında 2478 ton (diri çəkidə) ət istehsal edilib. Bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 28 ton çoxdur. Yarım ildə süd istehsalında da 142 ton artıma nail olunub və 11 min 419,5 ton məhsul istehsal edilib.

Bu müddətdə 7 milyon 167 min ədəd yumurta, 380,7 ton yun əldə olunub. Yumurta və yun istehsalı da müvafiq olaraq 117 min ədəd və 1,9 ton artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.