REGİONLAR


Şamaxıda meyvə yığımı davam etdirilir

A+ A

Şamaxı, 7 iyul, AZƏRTAC 

Ötən il Şamaxı rayonunda 1046 ton meyvə istehsal olunub, bu il isə daha çox məhsulun əldə olunması gözlənilir.

Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, hazırda bölgədə meyvə bağlarının sahəsi 443 hektara çatdırılıb. Bağlarda əsasən alma, armud, qoz, fındıq, albalı, alça, gavalı və bir sıra digər meyvələr yetişdirilir.

Artıq rayonda tez yetişən meyvələr, o cümlədən alça, albalı, gavalı, ərik yığılır. Hələlik 13 ton məhsul istehsal olunub. Toplanan meyvə Şamaxı, Bakı, Sumqayıt, eləcə də ətraf rayonların bazarlarına çıxarılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.