REGİONLAR


Şamaxıda qısa vaxtda 2524 hektar zəminin məhsulu biçilib

Şamaxı, 19 iyun, AZƏRTAC

Şamaxıda taxıl biçini kampaniyasına mütəşəkkil hazırlıqla başlanılıb və hazırda hər gün zəmilərə 34 kombayn çıxarılır.

Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildirilib ki, qısa vaxtda 2524 hektar zəminin məhsulu biçilib. Bunun 2204 hektarı tez yetişən arpadır. Məhsul yığımı hələlik rayonun cənub ərazilərində, o cümlədən Çöl Göylər, Hacıqədirli, Bağırlı, Ovculu yaşayış məntəqələrinin sakinlərinə məxsus əkin sahələrində aparılır.

Qeyd edək ki, cari mövsümdə Şamaxıda 21 min 237 hektar sahədə taxıl yetişdirilib. Bundan 13 min 640 hektarı buğda, qalanı isə arpadır. Son vaxtlar hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, taxılçılar bu mühüm strateji məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələrini səfərbərliyə alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.