REGİONLAR


Şamaxıda yeni körpü istifadəyə verilib

A+ A

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də Şamaxı rayonunun Dəmirçi kəndində, eyni adlı çayın üzərində tikilən körpü istifadəyə verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, körpünün açılış mərasimində şirkətin prezidenti Rövnəq Abdullayev, “BP-Azerbaijan” şirkətinin prezidenti Qordon Birrell, hər iki şirkətin vitse-prezidentləri, Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Dəmirçi çayı üzərində tikilmiş körpü ümumi əhalisi min nəfərədək olan 3 kəndi Şamaxı rayonunun mərkəzi ilə əlaqələndirəcək.

Kənd sakinləri qarşısında çıxış edən R.Abdullayev deyib ki, körpünün inşası Prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirilib: “İnfrastrukturun yeniləşməsi nəticəsində tezliklə sizin kəndlər də gözəlləşəcək. Hətta, Lahıcı da ötüb keçəcək. Bundan sonra kəndinizə turistlər daha da çox gələcək”.

SOCAR-ın prezidenti vurğulayıb ki, dövlət başçısının göstərişi ilə Şamaxı rayonunun kəndlərinin bütün infrastrukturu yenilənəcək, bütün evlərin dam örtüyü, darvazaları, elektrik və qaz xətləri yenilənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.