REGİONLAR
Şamaxılılar ümumrespublika yaşıllaşdırma marafonunda fəal iştirak edirlər
Şamaxı, 24 noyabr, Adil Ağayev, AZƏRTAC
Şamaxı rayonunun sakinləri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (International Dialogue for Environmental Action) - Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq təşəbbüsünün təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən ümumrespublika yaşıllaşdırma marafonunda fəal iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, rayon sakinləri ekoloji mühitin qorunması, yaşıllıq sahələrinin artırılması və geniş ictimaiyyətin bu işə cəlb edilməsi kimi xeyirxah təşəbbüsə xidmət edən marafon çərçivəsində indiyədək 4700 ədəd müxtəlif növdən olan ağac əkiblər. Ağac əkini əsasən Bakı-Şamaxı-Yevlax magistral yolunun 110-cu kilometrindən şəhərə girişə qədər yol boyunca aparılıb. Bu əraziyə 500 ədəd kiparis, 1000 ədəd çinar və 3200 ədəd Eldar şamı növündən olan ağaclar əkilib.
Rayonda ümumrespublika yaşıllaşdırma marafonu davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]