REGİONLAR
Şamaxının kəndlərinə yeni avtobus marşrutları açılıb
Şamaxı, 25 may, AZƏRTAC
Şamaxının qəsəbə və kəndlərində sakinlərə göstərilən nəqliyyat xidmətinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər görülməkdədir.
AZƏRTAC rayon icra hakimiyyətinə istinadən xəbər verir ki, daha 3 yaşayış məntəqəsinə - Göylər, Muğanlı və Mərzəndiyə kəndlərinə yeni avtobus marşrutları açılıb. Beləliklə də, 2000 nəfərdən çox sakinin rayon mərkəzinə gediş-gəlişində yaranan çətinlik aradan qaldırılıb.
Göylər və Mərzəndiyə kəndlərinin sakinlərinə göstərilən avtobus xidməti “Sərnişin servis” MMC tərəfindən həyata keçirilir. Muğanlı kəndinə isə özəl marşrut avtobusu işləyir.
Qeyd edək ki, artıq rayondaxili sərnişin avtobuslarının sayı 10-a çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]