REGİONLAR


Şamaxının turizm potensialı böyük olan Dəmirçi kəndində yenidənqurma və abadlıq işləri geniş vüsət alıb

Şamaxı, 26 iyul, Adil Ağayev, AZƏRTAC

Şamaxının ucqar dağ kəndlərindən olan, Baş Qafqaz silsiləsinin ətəyində yerləşən Dəmirçi özünəməxsusluğu və təbii iqlim şəraiti ilə son vaxtlar turistləri özünə daha çox cəlb edir.

Kənddəki evlər, eləcə də digər tikililər ustalıqla kəsilib-doğranan çay daşından hörülüb. Dəniz səviyyəsindən 1500-1600 metr yüksəklikdə yerləşən Dəmirçinin özünəməxsus təbiəti var. Ətraf aləmin dumanlı və çiskinli olduğu vaxtlarda kəndin səması adətən təmiz, günəşli olur.

Dəmirçinin vaxtilə Bakı-Şabran–Şamaxı şəhərlərini birləşdirən qədim karvan yolunun üstündə yerləşməsi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası tərəfindən bu yaxınlarda antik-erkən orta əsrlər dövrünə aid nekropolun aşkar edilməsi, həm də turistlər üçün cəlbedicidir. Dəmirçidən İsmayıllının Lahıc qəsəbəsinə çəkilməkdə olan yol bu yerlərin böyük turizm potensialına malik olduğunu bir daha təsdiq edir.

Qeyd edək ki, bu gün Dəmirçidə yenidənqurma və abadlıq işləri ilə əlaqədar yeni layihələr həyata keçirilir. Belə ki, Pirsaat çayı üzərində yeni körpü salınıb. Kəndin girişində 10 metr hündürlüyü olan rəmzi qala və çayla sərhəddə hasar tikilir. Misgərlik və dəmirçi emalatxanalarının, çayxanaların, iki ədəd təndirxananın, suvenir mağazasının inşası davam etdirilir. Kəndin mərkəzi küçəsində 500 kvadratmetr əraziyə çay daşı döşənib, evlərin dam örtüyü dəyişdirilib, küçəboyu sakinlərin hasar və təndirxanaları təmir olunub. Qeyd edək ki, kənddə yeni məscidin tikintisi də nəzərdə tutulub.

Əlbəttə, bu gün 155 nəfərin yaşadığı Dəmirçidə görülən işlər bu yerləri turistlər üçün daha görməli, gəzməli bir məkana çevirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.