REGİONLAR


Sambhaji Zanzan: Qəbələdə ilk qızıl medalı qazandığım üçün özümü xoşbəxt hiss edirəm

A+ A

Qəbələ, 19 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC.

Rəqiblərim çox güclü idi, yarış çətin keçdi və sonda mən qalib oldum. Burada təşkilatçılıq çox yüksək səviyyədədir. Qəbələ mənim yaddaşımda unudulmaz anlarla qalacaq. Belə ki, mən burada keçirilən Dünya Kuboku yarışlarının ilk qızıl medalını qazandım. Bu medal həm də mənim beynəlxalq səviyyəli yarışlarda əldə etdiyim ən böyük uğurdur. Buna görə özümü çox xoşbəxt hiss edirəm. Bu yarışda qazanılan medalların ümumi sayına görə hazırda Hindistan komandası 3 qızıl, 1 gümüş və 3 bürünc medalla birinci yerdədir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələ Stend və Ox Atıcılığı Kompleksində olimpiya atıcılıq növləri üzrə gənclər arasında Dünya Kuboku yarışlarında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında qızıl medal qazanan Hindistan idmançısı Sambhaji Zanzan deyib.

O, Qəbələdə bu yarışın yüksək səviyyədə təşkil olunması ilə yanaşı, insanların mehribanlığını və təbiətin gözəlliyini də xüsusi vurğulayıb: “Buranın insanları çox qonaqpərvərdir, mənzərəli, görməli yerləri çoxdur. Qəbələ məni həqiqətən təəccübləndirdi. Çünki, paytaxtdan uzaqda olan balaca bir şəhər müasirliyi ilə diqqətimi cəlb etdi. Müasir sosial mərkəzlər, otellər, istirahət məkanları, idman obyektləri bu şəhərin gələcəkdə daha sürətlə inkişaf edəcəyini göstərir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.