İDMAN


Sambo üzrə Bakı birinciliyinə yekun vurulub

Bakı, 29 oktyabr, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan gənclər arasında sambo üzrə açıq Bakı birinciliyi başa çatıb.

“Neftçi” idman klubundan AZƏRTAC-a bildiriblər ki, Hövsan Olimpiya İdman Kompleksində keçirilən yarışda 110 samboçu baş mükafat uğrunda mübarizə aparıb.

Klubun idmançıları yarışda ümumilikdə 17 medal qazanıblar. Onlardan 5-i qızıl, 5-i gümüş, 7-si isə bürüncdür. Qızıl medallara Sabir Ağayev (48 kq), Rəşad Dünyamalıyev (57 kq), Elton Quliyev (68 kq), Elvin Cəlilov (74 kq) və Zöhrab Qurbanov (82 kq) sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.