İDMAN


Sambo üzrə Bakı çempionatına yekun vurulub

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Mərkəzində sambo üzrə Bakı çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionatda 9 çəki dərəcəsi üzrə 110 idmançı birincilik uğrunda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Vaqif Mirzəli (52 kq), Fuad Məmmədov (57 kq), Tural Allahverdiyev (62 kq), Tural Əhmədov (68 kq), Söhrab Bağırov (74 kq), Vahid Dəmirli (82 kq), Xaliq Niftəliyev (90 kq), Zaur Xutinayev (100 kq) və Etibar Teymurov (100 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.