REGİONLAR


Sambo üzrə Naxçıvan şəhər birinciliyi başa çatıb

A+ A

Naxçıvan, 28 noyabr, AZƏRTAC

Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində yeniyetmələr arasında sambo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışdan əvvəl çıxış edən Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov yarışın keçirilmə məqsədi haqqında məlumat verib.

Sonra Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək idmançılara uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 9 çəki dərəcəsi üzrə 50-yə yaxın idmançı mübarizə aparıb.

Beynəlxalq Sambo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Məhəmməd İsayev, Abbas İsfəndiyarov, Məhəmməd Şirinov, Zahid Əhmədov, Fuad Əşrəfli, Məhəmməd Həsənov, İsmayıl Abbaslı, Ayaz Əliyev və Aqşin Rüstəmov müvafiq olaraq 30, 34, 38, 42, 46, 50, 55, 60 və 66 kiloqram çəki dərəcələrində qalib adını qazanıblar.

Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.