İDMAN


Samboçularımız Qazaxıstanda güclərini sınayacaqlar

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 5-9-da Qazaxıstanın paytaxtı Astanada ölkə prezidenti Nursultan Nazarbayevin mükafatı uğrunda sambo üzrə beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Sambo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda millimizin heyətində Yusif Kərimov (52 kq), Rəşad Dünyamalıyev (57 kq), Emin Qulamov (68 kq), Samir Kərimov (74 kq) və Ceyhun Hüseynov (82 kq) birincilik uğrunda mübarizə aparacaqlar.

Yığmamız baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında yarışacaq.

Turnirdə ölkəmizi beynəlxalq dərəcəli hakim Cabir İsmayılov təmsil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.