İDMAN


Samboçularımız Rumıniyada güclərini sınayacaqlar

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 6-dan 10-dək Rumıniyanın Ployeşti şəhərində yeniyetmələr və gənclər arasında sambo üzrə dünya birinciliyi keçiriləcək.

Azərbaycan Sambo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, çempionatda yeniyetmələrin mübarizəsində ölkəmizi Əliş Yusifov (48 kq), Murad Əliyev (52 kq), Yaşar Nəcəfov (56 kq), Fuad Məmmədov (60 kq), Bahadur Əsgərov (65 kq), Aydın Ələkbərov (70 kq) və Əli Nəzərli (75 kq) təmsil edəcəklər.

Gənclərin yarışında isə Yusif Nəbiyev (62 kq) və Röyal Zeynalov (82 kq) birincilik uğrunda mübarizə aparacaq.

Milli komandamız turnirdə baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında yarışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.