İQTİSADİYYAT
Samir Nuriyev : Yasamal Yaşayış Kompleksində 7-10 min insan məskunlaşacaq
Bakı, 1 mart, AZƏRTAC
Hazırda inşa olunan Yasamal Yaşayış Kompleksində 7-10 min insan məskunlaşacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) rəhbəri Samir Nuriyev "Caspian European Club"un üzvləri olan biznes nümayəndələri ilə görüşündə açıqlama verib.
Bildirilib ki, kompleksin ərazisi 11,6 hektardır. Burada 29 bina olacaq. Bundan əlavə, qeyri-yaşayış sahələri də tikiləcək: “Bu prosesə əsasən özəl sektorun nümayəndələri dəvət edilir. Komplekslərin tikintisində MİDA birbaşa iştirak etməyəcək. Bizim işimiz yalnız prosesə nəzarət etmək olacaq".
Samir Nuriyev qeyd edib ki, MİDA tərəfindən inşa olunan binaların ərazisinin 75 faizi yaşıllıq sahəsinə ayrılıb. Yalnız 25 faizində tikinti işləri aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]