DÜNYA
“Samsung Electronics” yeni “Galaxy Note 7” smartfonlarının satışını dayandırıb
Bakı, 2 sentyabr, AZƏRTAC
Cənubi Koreyanın elektron avadanlıqlar istehsalçısı “Samsung Electronics” batareyanın alışması təhlükəsi səbəbindən yeni məhsulu olan “Galaxy Note 7” smartfonlarının satışını dayandırıb. İki həftə ərzində bir milyon ədəddən çox qurğunun satıldığı bildirilir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, kompaniya smartfonların batareyasının dəyişdiriləcəyini bildirsə də, satışların bərpa olunacağı tarixi dəqiqləşdirməyib.
Xatırladaq ki, “Galaxy Note 7” smartfonları avqustun 19-dan etibarən dünyanın 10 ölkəsində satışa çıxarılmışdı. Elektron avadanlıqların istehsalı ilə məşğul olan “Samsung Electronics” kompaniyasının illik satış həcmi 196 milyard dollar təşkil edir. Mənzil qərargahı Seulda (Cənubi Koreya) yerləşən kompaniyanın 84 ölkədə 319 min əməkdaşı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]