DÜNYA


“Samsung” “Galaxy A8” (2016) smartfonunu rəsmən təqdim edib

A+ A

Bakı, 1 oktyabr, AZƏRTAC

Koreyanın "Samsung Electronics" korporasiyası "Galaxy A8" (2016) smartfonunu təqdim edib. Bu, ötən il buraxılmış "Galaxy A8" modelini əvəz edib.

AZƏRTAC “dailycomm.ru” saytına istinadən xəbər verir ki, yeni smartfon 1920x1080 piksel təsvir ölçülü 5.7 düymlük ekran, "Mali-T760" qrafikasına malik "Samsung Exynos 7 Octa 7420" prosessoru, 3 giqabayt (QB) əməli və 32 QB daxili yaddaşla təchiz edilib. "MicroSD" çıxarılıb taxılan daşıyıcının qoşulması mümkündür.

Yeni cihaz 16 meqapiksellik (MP) əsas kamera, 5 MP-lik ön kamera ilə təchiz edilib. Aparat, həmçinin "GPS", "Wi-Fi 802.11b/g/n" və "Bluetooth 4.0" simsiz rabitə modulları, 3500 milliamper/saat tutumlu akkumulyator batareyasına malikdir və "Android 6.0.1 Marshmallow" əməliyyat sistemi ilə idarə olunur.

Smartfon dördüncü nəsil ("LTE") şəbəkəsinə qoşulmaq qabiliyyətinə malikdir, blokdan çıxarmaq və ya pul tranzaksiyalarının təsdiqi üçün barmaq izini tanıyır.

"Samsung Galaxy A8" (2016) smartfonu bu gündən Koreya bazarında satışa çıxarılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.