DÜNYA


“Samsung Galaxy Note 9” smartfonunda inqilabi funksiya tətbiq ediləcək

Bakı, 7 avqust, AZƏRTAC

“Samsung Galaxy Note 9” smartfonunda inqilabi funksiya tətbiq ediləcək.

AZƏRTAC life.ru saytına istinadən bildirir ki, Koreya Respublikası istehsalçıları barmaq izləri skanerini gələcək smartfonda OLED texnologiyası ilə hazırlanmış displeyin alt hissəsinə quraşdırmaq niyyətindədirlər.

Analitiklər istifadəçilərin displeydə istənilən hissənin üzərinə sıxmaqla smartfonu blokdan çıxara biləcəklərinə əmindirlər. Onların fikrincə, “Samsung”, həmçinin gözün qüzehi qişasının tanınması daxil olmaqla, başqa biometrik autentifikasiya metodlarından istifadədən imtina etməyi planlaşdırmır.

Əvvəlki şayiələrə əsasən, avqustun 23-ü tarixində təqdim ediləcək “Samsung Galaxy Note 8” smartfonunda barmaq izləri skaneri arxa panelə quraşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.