DÜNYA


“Samsung Galaxy S8”in yeni versiyası hazırlanır

Bakı, 14 iyun, AZƏRTAC

“Samsung” şirkəti “Galaxy S8 Active” qurğusu üzərində iş aparır.

AZƏRTAC “Life” resursuna istinadən xəbər verir ki, 1,9 giqahers takt tezlikli “Snapdragon 835” prosessoru ilə təchiz ediləcək smartfon “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək. Qurğunun operativ yaddaşı 4 giqabayt təşkil edəcək.

Məlumata görə, “Galaxy S8 Active” birnüvəli testdə 1842, çoxnüvəlidə 6394 bal toplayıb.

Bildirilir ki, adi “Galaxy S8” smartfonundan fərqli olaraq “Active” qurğusunun ekranı kənarlara əyilməyəcək. Bunun əvəzinə mütəxəssislər aktiv istifadəçiləri zərbəyədavamlı korpus və sınmaz ekranla sevindirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.