DÜNYA


“Samsung” dünyada 10 nanometrlik texnoloji proses üzrə ilk çiplərini təqdim edib

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

“Samsung Electronics” şirkəti “FinFET” texnologiyasından istifadəyə əsaslanan 10 nanometrlik çiplərin kütləvi istehsalına başlayıb. Şirkətin məlumatına əsasən, bu, dünyada 10 nanometrlik texnologiya üzrə yaradılmış ilk mikrosxemlərdir.

AZƏRTAC “cnews.ru” saytına istinadən xəbər verir ki, şirkət rəsmiləri bu çiplərdən 2017-ci ilin əvvəlində təqdim ediləcək yeni qurğunun yaradılmasında istifadə ediləcəyini bildiriblər. Amma “Samsung” şirkəti yeni qurğu haqda məlumat verməyib.

Bundan əvvəl Koreyanın “Electronic Times” nəşri yazıb ki, “Samsung” 10 nanometrlik texnoloji prosesin tətbiqinə əsaslanan məhsuldar “Qualcomm Snapdragon 830” çiplərinin istehsalı üzrə yeganə podratçı olacaq. Çiplər “Galaxy S8” smartfonlarının 50 faizində istifadə ediləcək.

“Samsung” şirkətinin iddiasına görə, 10 nanometrlik texnoloji proses üzrə hazırlanmış çiplər 14 nanometrlik çiplərlə müqayisədə 27 faiz daha məhsuldar olacaq. Bu halda enerji sərfiyyatı 40 faiz azalacaq. Həmçinin bir yarımkeçirici lövhədə 30 faiz daha çox çip yerləşdirmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.