İQTİSADİYYAT
“Samsung” düz ekranlı smartfonlardan imtina edə bilər
Bakı, 9 avqust, AZƏRTAC
“Samsung” şirkəti düz ekranlı qabaqcıl smartfonların istehsalından imtina edə bilər. Bunu şirkətin mobil bölməsinin direktoru Don Cin Ko deyib.
AZƏRTAC “vesti.ru” saytına istinadla xəbər verir ki, şirkət “Galaxy S” smartfon xətti üçün kənar hissələri bükük olan displeylərdən istifadəyə dair qərar verib.
Xatırladaq ki, 2015-ci ildə “Samsung” şirkəti “Galaxy S6” smartfonunun həm düz, həm də bükük ekranla təchiz edilmiş versiyasını çıxarmışdı. Gözlənilmədən bükük displeylə təchiz edilmiş “Edge” versiya baha qiymətə satılmasına baxmayaraq, adi versiyadan daha populyar olub. Cari ildə həm 5,5 düymlü “Galaxy S7 edge”, həm də yığcam “Galaxy S7” smartfonunda ekranın kənar hissələri dəyirmi formadadır. Ancaq sonuncu modeldə ekranın kənar hissələri əlavə funksiya ilə təchiz edilməyib.
Ötən həftə təqdim edilmiş “Galaxy Note7” fabletinin displeyi də bükük formadadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]