DÜNYA


“Samsung” qatlanan smartfon hazırlayır

Bakı, 10 fevral, AZƏRTAC

Tayvanın “DigiTimes” nəşrinin məlumatına görə, Koreyanın “Samsung Electronics” şirkəti qatlanan smartfonlar hazırlayır və ilin sonunda belə qurğuların istehsalına başlaya bilər.

Nəşr yazır ki, “Samsung”, həmçinin bir neçə başqa istehsalçı (“Apple”, “LG Electronics” və “Microsoft”) ABŞ Patent Bürosuna elastik ekranla təchiz edilmiş bükük smartfonların işini və konstruksiyasını təsvir edən patentlərin qeydiyyatı üçün ərizə ilə müraciət edib.

AZƏRTAC “dailycomm.ru” saytına istinadən xəbər verir ki, “Samsung” 2017-ci ilin dördüncü rübündə belə qurğuların sınaq istehsalına başlamağı planlaşdırır, ancaq 2018-ci ilin ikinci yarısınadək çətin ki kütləvi buraxılış olsun, çünki şirkətlər bir sıra texniki problemləri həll etməlidir.

Çətinliklərdən biri bükük telefonların istehsalında əsas komponent sayılan möhkəm poliamid plastik altlığın kütləvi istehsalı ilə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.