DÜNYA


“Samsung” şirkəti 8 giqabayt tutumunda ilk mobil yaddaş modulu hazırlayıb

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

"Samsung" şirkəti "LPDDR4" tipli 8 giqabayt tutumunda ilk mobil əməli yaddaş modulunu təqdim edib. Bu yaddaş modulu aşağı enerji sərfiyyatına malikdir və məlumatları iki dəfə sürətli ötürür. Eyni zamanda, məlumatları saniyədə 4266 Mbit sürətlə ötürməyə imkan verir ki, bu da fərdi kompüterlər üçün "DDR4 SDRAM" yaddaşla müqayisədə iki dəfə sürətlidir.

AZƏRTAC "4pda.ru" saytına istinadən xəbər verir ki, "Samsung" şirkətinin rəsmisi hesab edir ki, yeni yaddaş modulu mobil qurğulardan istifadə təcrübəsini xeyli yaxşılaşdıracaq. Modulun əsas özəllikləri 10 nanometrlik texnoloji proses üzrə hazırlanmasında və məlumatların saniyədə 4266 Mbit sürətlə ötürülməsindədir ki, bu da 20 nanometrlik texnoloji proses üzrə hazırlanmış analoji çiplə müqayisədə 20 faiz yüksək göstəricidir. Bundan əlavə, yeni yaddaş modulu fərdi kompüterlər üçün "DDR4" tipli "DRAM" yaddaşdan iki dəfə daha sürətlidir. Çipin ölçüsü 15x15x1 millimetrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.