DÜNYA
“Samsung” şirkəti uzadıla bilən OLED displey hazırlayıb
Bakı, 23 may, AZƏRTAC
“Samsung” şirkəti dünyada ilk uzadıla bilən ekran təqdim edəcək. Yeni displey 23-25 may tarixlərində keçiriləcək “SID” (“Society for Information Display”) konfransında nümayiş etdiriləcək.
AZƏRTAC “therunet.com” saytına istinadən bildirir ki, indi “Samsung” şirkəti yalnız bir istiqamət üzrə bükülən ekranlar istehsal edir, yeni displeyi isə hər iki istiqamət üzrə istənilən formada əymək, bükmək mümkündür. Ekranın ölçüsü 9,1 düymdür (23 sm), onun səthi 12 mm uzadıla bilər və mobil qurğu və avtomobillərdə tətbiq edilə bilər.
Analitiklərin proqnozuna görə, 2022-ci ilədək elastik ekranlar bazarının həcmi 15,5 milyard dollar təşkil edəcək. Ötən il bu göstərici 3,7 milyard dollar olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]
Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA
- 24.04.2024 [11:57]
Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib
- 24.04.2024 [11:50]
Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər
- 24.04.2024 [11:27]
Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır
- 24.04.2024 [11:17]
Filippində istidən altı nəfər ölüb
AMEA-da yeni şöbələr yaradılıb
- [10:44]
Azərbaycan nefti bahalaşıb
- [09:39]
Təzadlı obrazlar ustası
- [08:00]