DÜNYA


“Samsung” smartfonlarının sahibləri barmaq izi skanerinin köməyilə  fərdi kompüterlərini blokdan çıxara biləcəklər

Bakı, 4 iyul, AZƏRTAC

"Samsung" şirkəti "Flow" adlı autentifikasiya proqramını yeniləyib və indi bu proqramı quraşdırmış "Galaxy S6", "S7" və "S8" smartfonlarının sahibləri barmaq izi skanerinin köməyilə öz fərdi kompüterlərini blokdan çıxarmaq imkanı əldə ediblər.

AZƏRTAC "hitech.newsru.ru" saytına istinadən xəbər verir ki, şirkət bu funksiyanı ötən il təqdim edib, lakin o vaxt həmin funksiya barmaq izi skanerinin köməyi ilə yalnız "Galaxy TabPro S" planşetini blokdan çıxarmağa imkan verirdi. Yenilənmiş "Flow" mobil proqramı "Creators Update" yeniləməsi qurulmuş "Windows 10" əməliyyat sistemi ilə işləyən bütün fərdi kompüterləri dəstəkləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.