DÜNYA


“Samsung” yeni Galaxy C5 və C7 smartfonlarını dekabrda təqdim edəcək

A+ A

Bakı, 19 noyabr, AZƏRTAC

“Samsung” şirkəti cari ilin dekabrında yeni “Galaxy C5 Pro” və “Galaxy C7 Pro” smartfon modellərinin təqdimatını keçirməyi planlaşdırır.

AZƏRTAC “DNI24” resursuna istinadən xəbər verir ki, "Galaxy C5" modeli “SM-C5010" seriyası və 2 giqahers takt tezlikli səkkiznüvəli “Qualcomm Snapdragon 625” prosessoru ilə təchiz ediləcək.

Məlumata görə, digər “Galaxy C7 Pro” modeli oktyabrda nümayiş etdirilən daha güclü 2,2 giqahers takt tezlikli “Qualcomm Snapdragon 626” prosessoruna malik olacaq.

Hər iki qurğunun əsas texniki xüsusiyyətləri hələ məlum deyil. Lakin “Galaxy C7 Pro” modelinin Hindistanda keçirilən texniki sınaqlarının ilkin nəticələrinə görə, qurğunun 5,7 düymlük displeylə təchiz ediləcəyi bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.