İQTİSADİYYAT


“Samsung” yeni “Galaxy Note 7” smartfonunu nümayiş etdirib

A+ A

Bakı, 3 avqust, AZƏRTAC

“Samsung” şirkəti yeni “Galaxy Note 7” smartfonunu təqdim edib. Yeni tablet 4 rəngdə (qara, gümüşü, qızılı və mavi) təklif olunur. Qurğu 64 giqabayt daxili yaddaşa malikdir. Əlavə kart vasitəsilə daxili yaddaşı 256 giqabayta kimi artırmaq mümkündür.

AZƏRTAC “lenta.ru” saytına istinadla xəbər verir ki, yeni “Galaxy Note” hər iki tərəfdən bükük 5,7 düymlük “Quad HD Super AMOLED” displeyi və “Galaxy S7”də olduğu kimi analoji kameraya malikdir. Eyni zamanda, 3500 milliamper/saat tutumunda olan akkumulyator simsiz enerjidoldurma texnologiyasını dəstəkləyir. Qurğu gözün qüzehi qişasının skan edilməsi texnologiyası, həmçinin təhlükəsizliyin təmini üçün barmaq izi skaneri ilə təchiz edilib.

Model ucluğu 0,7 millimetr olan “S Pen” təkmilləşdirilmiş elektron lələyi ilə təchiz olunub. Bundan başqa, “Galaxy Note 7” smartfonu toz və sudan qoruma texnologiyasına malikdir və bunun sayəsində 30 dəqiqə suyun altında qala bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.