DÜNYA
“Samsung”un mənfəəti 8 illik minimuma enib
Bakı, 29 oktyabr, AZƏRTAC
Bu ilin üçüncü rübündə Koreyanın “Samsung” şirkətinin əməliyyat mənfəəti 30 faiz azalaraq 4,57 milyard dollar təşkil edib.
AZƏRTAC “rns.online” saytına istinadən xəbər verir ki, buna səbəb batareyalarında problemlər müəyyən olunmuş “Galaxy Note 7” smartfonlarının geri çağırılması olub.
Şirkətin mobil bölməsində əməliyyat gəlirləri 90 milyon dollar təşkil edib ki, bu da 2008-ci ilin minimumuna bərabərdir.
Bununla belə, bu ilin üçüncü rübündə “Samsung”un gəlirləri 7,5 faiz azalaraq 44 milyard dollar təşkil edib. Mobil bölmədə gəlirlər 15,3 faiz azalaraq 20,29 milyard dollara bərabər olub. Şirkət maliyyə göstəricilərinin, eyni zamanda, mobil bölmənin gəlirlərinin dördüncü rübdə yaxşılaşacağını gözləyir.
Qeyd edək ki, “Samsung” “Galaxy Note 7” qalmaqalından sonra şirkətin 3 milyard dollar itkiyə uğrayacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]