İDMAN


“Samtredia”–“Qəbələ” oyununun hakimləri müəyyənləşib

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

Futbol üzrə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində “Samtredia” və “Qəbələ” komandaları arasında Gürcüstanda keçiriləcək cavab görüşünün hakimləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Georgios Kizas, yan xətt hakimləri isə Çasan Koula, İoannis Sipkas olacaq. Dördüncü hakim funksiyasını Aleksandros Aretopoulos yerinə yetirəcək.

Qeyd edək ki, görüş iyulun 7-də Zestafonidə, saat 19:00-da David Abaşidze adına stadionda oynanılacaq. Bakıda keçirilən ilk oyunda “Qəbələ” 5:1 hesabı ilə qələbə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.