İQTİSADİYYAT


“Samur” gömrük postunda avtonəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb

Bakı, 15 noyabr, AZƏRTAC

Rusiya Federasiyası ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda avtonəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda “Samur” gömrük postu gündəlik iş rejimində fəaliyyətini davam etdirir və sərhəd-keçid məntəqəsində heç bir sıxlıq müşahidə olunmur. Noyabrın 11-13-də 475 yük avtomobilinin sərhəddən keçməsi təmin olunub, noyabrın 14-də isə daha 215 avtonəqliyyat vasitəsi sərhədi keçib.

Xatırladaq ki, Rusiya tərəfindəki sərhəd-keçid məntəqəsinin buraxılış potensialının aşağı olması ilə əlaqədar son günlərdə “Samur” gömrük postunda yaranan sıxlıq Dövlət Gömrük Komitəsi rəhbərliyinin Rusiya tərəfi ilə apardığı intensiv danışıqlar nəticəsində aradan qaldırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.