REGİONLAR
Samux rayon qadınlarının ictimai-siyasi həyatda rolunu daha da gücləndirməyin yolları müzakirə edilib
Bakı, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Samux şəhərindəki Heydər Əliyev Mərkəzinin birgə təşəbbüsü ilə “Samux rayon qadınlarının ictimai-siyasi fəallığı və karyera “ mövzusunda elmi-praktik konfrans keçirilib.
Samux şəhərindəki Heydər Əliyev Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, YAP rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının fəal qadınlarının, rayonun bütün idarə və təşkilatlarında çalışan xanımların və QHT nümayəndələrinin iştirak etdikləri konfransda “Qadın, ailə və cəmiyyət”, “Dünyada və Azərbaycanda qadın”, “Qadın və onun cəmiyyətdə rolu”, “ Karyera və problemlər”, “Regionda qadın” və s. mövzularda məruzələr dinlənilib.
Müzakirələrin gedişində Samux rayon qadınlarının ictimai-siyasi həyatda rolunu daha da gücləndirməklə bağlı təkliflər irəli sürülüb.
Tədbirdə karyera qurmuş fəal qadınlarla yanaşı, bu istiqamətdə fəaliyyət göstərən gənc xanımlar da çıxış edərək müzakirə olunan mövzu ilə bağlı fikirlərini bölüşüblər.