REGİONLAR
Samux rayonunda 32 min sakin həkim müayinəsindən keçirilib
Samux, 29 mart, AZƏRTAC
Samux rayon mərkəzi xəstəxanada yaradılmış səyyar həkim briqadası növbəti tibbi müayinələri rayon mərkəzindən aralıda yerləşən Qırmızı Samux qəsəbəsində aparıb.
Mərkəzi rayon xəstəxanasının baş həkimi İlham Həsənov AZƏRTAC-a deyib: “Qırmızı Samux qəsəbəsi vətəndaşların tibbi müayinədən keçirildiyi 28-ci yaşayış məntəqəsidir. Ümumilikdə aksiya başlanan gündən indiyədək rayon üzrə 32 min sakin həkim müayinəsindən keçirilib ki, onlardan da 330 nəfəri ambulator, 69 nəfəri stasionar müalicəyə cəlb edilib. 34 nəfər isə Bakı şəhərinin ixtisaslaşdırılmış xəstəxanalarına göndərilib”.
Qəsəbə sakini Həmid Abbasov isə qeyd edib ki, pulsuz tibbi müayinədən keçdikdən sonra şəkərli diabet olduğu aydınlaşıb: “Həkimlər məni lazımi dərmanlarla təmin etdilər və bu dərmanları hər ay pulsuz almağım üçün qeydiyyata götürdülər. Bu da dövlətimizin vətəndaşlarının sağlamlığına diqqət və qayğısından irəli gəlir. Buna görə bu humanist aksiyanın təşəbbüskarı olan dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.