REGİONLAR


Samux rayonunda veloyürüş və digər ekoloji aksiyalar keçiriləcək

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

“Aqroeko-Konsaltinq” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Yaşıl xəzinəm: Samux rayonunda veloyürüş və digər ekoloji aksiyaların keçirilməsi” layihəsinin icrasına start verib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi Samux rayonunda gənc nəsil arasında ekoloji maarifləndirmənin aparılması, sağlam həyat tərzini təbliğ etmək, idmana marağı artırmaq üçün veloyürüşün və ekoloji aksiyaların təşkilindən ibarətdir.

Layihəyə könüllülər və gənclər, əsasən məktəblərin yuxarı sinif şagirdləri cəlb ediləcək. Məktəblilərdən ibarət komandalar yaradılacaq, ekoloji təlimlər keçiriləcək.

Qeyd edək ki, layihənin icra müddəti 3 aydır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.