CƏMİYYƏT


Samux rayonunda yanğın hadisəsi baş verib

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

Samux rayonunun Aşağı Ağasibəyli kəndində vətəndaşa məxsus evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli beşotaqlı evdə yanğınla nəticələn partlayış baş verib. Nəticədə evin bir otağının tavanı yanıb.

Partlayış zamanı iki nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar dərhal Gəncə şəhər xəstəxanasına aparılıb. Alov saat 8:00-da söndürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.