REGİONLAR


Samuxda 780 kiloqram yararsız kartof aşkar edilib

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Samux rayonunda meyvə-tərəvəz məhsullarının satış məntəqəsində karantin tətbiq edilən zərərli orqanizm hesab olunan kartof güvəsi ilə yoluxmuş 780 kiloqram kartof məhsulu aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kartof güvəsinin təhlükəliliyi nəzərə alınaraq məhsul karantin tədbirləri sisteminə riayət etməklə məhv olunub.

Kartof güvəsi kartofun, badımcanın, pomidorun, bibərin, tütünün və quşüzümü fəsiləsinə aid yabanı bitkilərin karantin zərərvericisidir. Anbar və digər saxlama yerlərində il boyu çoxala bilir.

Zərərverici yumurta, tırtıl və pup mərhələsində yoluxmuş kartof yumrularının daşınması və əkilməsi yolu ilə yayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.