CƏMİYYƏT
Samuxda baş verən avtoqəzada beş nəfər həyatını itirib
Samux, 31 iyul, AZƏRTAC
Samux rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Zöhrab Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı 51-BE-826 dövlət nömrə nişanlı “Jiquli” avtomaşını Gəncə çayı üzərindəki körpüdən keçərkən idarəetməni itirib və nəticədə körpüdən aşıb. Hadisə nəticəsində 5 nəfər - sürücü Zöhrab Məmmədov, Maral İsmayılova, Hicran İsmayılova, Kafiyə İsmayılova və azyaşlı Məleykə Həsənova hadisə yerindəcə dünyalarını dəyişiblər.
AZƏRTAC xəbər verir ki, hadisə zamanı digər sərnişinlər 3 yaşlı Fatimə Məmmədova, Namilə İsmayılova, Rəqsanə Məmmədova, Zöhrə Məmmədova ağır bədən xəsarətləri ilə Gəncə şəhər 3 saylı təcili yardım xəstəxanasına, azyaşlılar Sənan Hüseynov və Yusif Verdiyev isə yüngül xəsarətlə Gəncə şəhər uşaq xəstəxanasına yerləşdiriliblər.
Yaralıların verdikləri məlumata görə, onlar yaxınlarının yas mərasimindən qayıdırmışlar.
Hadisə ilə bağlı Samux rayon polis şöbəsində araşdırmalara başlanılıb.