CƏMİYYƏT
Samuxda gənc analar üçün ilkin tibbi yardımla bağlı təlim təşkil olunub
Bakı, 23 avqust, AZƏRTAC
“Ayna” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda gənc analar üçün ilkin tibbi yardım göstərilməsi haqqında məlumatlandırma və təlimlər” layihəsini davam etdirir.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində gənc valideynlər üçün növbəti təlim Samuxda keçirilib. Təlimdə valideynlərə körpələrin travması zamanı ilkin tibbi yardım göstərilməsi və yarana biləcək fəsadların qarşısının alınması yolları izah edilib. Gənc anaların sualları mütəxəssislər tərəfindən cavablandırılıb.
Layihə 3 ay müddətində icra olunacaq.