REGİONLAR


Samuxda pambıq sahələrindən bol məhsul gözlənilir

A+ A

Samux, 16 iyul, Rauf Hacıyev, AZƏRTAC

Prezident İlham Əliyevin bölgələrdə pambıqçılığın inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq, Samuxda uzun illər fasilədən sonra ilk dəfə əkilən pambıqdan bol məhsul gözlənilir.

Rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu il Qırmızı Samux qəsəbəsində 300 hektar sahədə çiyid səpini aparılıb.

Səpin üçün Türkiyə Respublikasından gətirilmiş liftsiz pambıq çiyidindən istifadə olunub. Sahənin becərilməsinə 200 nəfərdən artıq mövsümi işçi cəlb edilib. Əkilmiş pambıq sahəsinin 260 hektarında suvarılma üçün müasir pivot sistemi, 40 hektarında isə şırım üsulu tətbiq edilib. İlkin mərhələdə sahədən normal çıxış alınıb və birinci kompleks becərmə işləri başa çatdırılıb. Pambıq yığımı dövründə hər hektardan 27-30 sentner məhsul toplanılması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.