REGİONLAR


Samuxda tədbir: “Muzeylərdəki tarix və müasir gənclər”

Samux, 18 may, Rauf Hacıyev, AZƏRTAC

Samux rayon Heydər Əliyev Mərkəzində 18 may – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar muzey əməkdaşları və gənclərin iştirakı ilə keçirilən tədbir “Muzeylərdəki tarix və müasir gənclər” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə Ümummilli Liderin mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan danışıb, hazırda bu siyasətin uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, Ulu Öndər sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifələrindən biri kimi müəyyənləşdirib. Bu gün də gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakı təmin edilir, gənc istedadlara dövlət qayğısı ildən-ilə artırılır. Xüsusilə onların yaradıcılıq axtarışlarının stimullaşdırılması, vətənpərvər ruhda böyüdülməsi, öz tarixinə, mədəni irsinə sevgi və hörmət hissinin yüksəldilməsi daim diqqətdə saxlanılır.

Tədbirdə “Muzeylər və müasir tarix”, “Mədəni irsin təbliğində gənclərin rolu”, “Şuşadakı yaralı tarix” mövzularında çıxışlar dinlənilib.

Sonra iştirakçılar Heydər Əliyev Mərkəzinin muzey hissəsindəki eksponatlarla, qədim Azərbaycan xəritəsini əks etdirən elektron lövhə ilə tanış olub, Samux Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiya zalındakı eksponatlar və muzey haqqında zəngin məlumat əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.