REGİONLAR


Samuxda yeni dərs ilinə hazırlığın vəziyyəti müzakirə olunub

A+ A

Samux, 2 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Samux rayon Təhsil Şöbəsində ümumtəhsil məktəb direktorlarının iştirakı ilə iclas keçirilib və yeni dərs ilinə hazırlığın vəziyyəti müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, iclasda məktəb direktorlarına dərsliklərin şagirdlərə vaxtında çatdırılması, sağlamlıq imkanları məhdud uşaqların pedaqoji-tibbi komissiyasının təşkili, eləcə də xüsusi istedada malik uşaqların vaxtından əvvəl 1-ci sinfə qəbulu qaydalarına uyğun olaraq həmin uşaqlar arasında müsabiqənin aparılması tapşırılıb.

Həmçinin vakant dərs saatlarının müəyyən edilərək Təhsil Nazirliyinə təqdim olunması, yeni işə qəbul olunan müəllimlərə metodiki köməyin göstərilməsi və kurikulum təlim kursundan keçməyən müəllimlərin təlim kurslarına cəlb olunması məsələləri müzakirə edilib.

İclasda qaldırılan məsələlərlə bağlı suallar cavablandırılıb, lazımi təlimatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.