REGİONLAR


Samuxlu fermerlər taxıl sahələrindən 22 min 320 ton məhsul yığıblar

Samux, 10 iyul, Rauf Hacıyev, AZƏRTAC

Samuxlu fermerlər taxıl sahələrindən 22 min 320 ton məhsul yığıblar.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Samuxda ötən ilin payızında cari ilin məhsulu üçün 8 min 492 hektar sahədə taxıl əkilib. Bunun 5 min 761 hektarı buğda, 2 min 731 hektarı arpa sahələridir.

Bu vaxta qədər 7 min 729 hektar sahədə taxıl biçilib. Həmin sahələrin 5 min 33 hektarını buğda, 2 min 696 hektarını isə arpa təşkil edib. Məhsulu yığılan sahələrdən 22 min 320 ton taxıl götürülüb. Samux rayonu üzrə taxıl sahələrindəki orta məhsuldarlıq 28,88 sentner olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.