DÜNYA


San-Fransiskoda atışma: azı iki nəfər ölüb, beş nəfər yaralanıb

Bakı, 14 iyun, AZƏRTAC

ABŞ-ın San-Fransisko şəhərində atışma nəticəsində azı iki nəfər ölüb, beş nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, yerli KRON telekanalının məlumatına görə, insident United Parcel Service poçt şirkətinin ofisində baş verib. Atəş açan şəxs tutularkən yaralanıb və xəstəxanaya çatdırılıb. Əməliyyatda iştirak edən polislərdən heç biri zərər çəkməyib.

Bundan əvvəl Vaşinqton yaxınlığındakı Aleksandriya şəhərində (Virciniya ştatı) atışma olub. Nəticədə azı beş nəfər, o cümlədən konqresmen Stiv Skaliz yaralanıb. Atəş açan şəxs də ağır yara alıb və sonradan xəstəxanada ölüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.