DÜNYA


“Sanbot” adlı robot evinizə 24 saat nəzarət edəcək

A+ A

Bakı, 13 dekabr, AZƏRTAC

“Qihan” şirkəti çoxillik tədqiqat və işləmələrdən sonra “bulud” texnologiyaları, kompüter təlimi, sifətin tanınması, ətraf mühitin skan edilməsi və süni intellektdən istifadəyə əsaslanan “Sanbot” adlı intellektual insanabənzər robotunu təqdim edib. Bu robot istehlakçılara xidmət göstərilməsi lazım olan pərakəndə ticarət müəssisələri, mehmanxanalar, məktəblər, qocalar evləri və operatorlar üçün hazırlanıb. Bundan başqa, “Sanbot” evdə də istifadə edilə bilər: doğmalarla əlaqə saxlamaq və ev sahibi evdə olmadıqda müdafiə üçün müxtəlif imkanlar təklif edir. Robot smartfon və ya planşet üzərindən mobil proqram vasitəsilə idarə edilir.

AZƏRTAC “4pda.ru” saytına istinadən xəbər verir ki, “Sanbot”un “baş” hissəsi ekranla təchiz edildiyinə görə robot öz emosiyalarını büruzə verə və insanlarla qarşılıqlı əlaqədə ola bilər. Bundan başqa, robot müxtəlif informasiyanın göstərilməsi və videokonfransların həyata keçirilməsi üçün 1920x1080 piksel təsvir ölçülü 10,1 düymlük sensor ekranla təchiz edilib. Eyni zamanda, informasiyanı divarda göstərmək üçün daxili “Full HD” proyektora malikdir.

Robot maneə, insan və başqa obyektləri aşkar etmək qabiliyyətinə malikdir və buna görə otaqda müstəqil hərəkət edə bilir, jestləri və insanların sifətindəki ifadələri başa düşür, həmçinin mürəkkəb səsli komandalara reaksiya verir. Bundan başqa, "gəzən ensiklopediya" kimi istifadə edilə bilər və robot ona verilən istənilən suala internetdə cavab tapacaq.

“Sanbot” evdə əvəzolunmaz köməkçi də ola bilər. Robot istənilən məişət texnikasını (məsələn, kondisioner, termostat və ya başqa elektronika) idarə etmək qabiliyyətinə malikdir və əlçatan “API” sayəsində “Android” proqram tərtibatçıları gələcəkdə robotun imkanlarını genişləndirə bilərlər. Robot bununla yanaşı, ev sahibi evdə olmadıqda nəzarət funksiyasını yerinə yetirərək mobil proqram vasitəsilə xəbərdarlıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.