CƏMİYYƏT


Sanitar-Karantin Müfəttişliyi normalara cavab verməyən məhsulları qeydiyyata almayıb

Bakı, 12 avqust, AZƏRTAC

Respublika Sanitar–Karantin Müfəttişliyi ölkəmizə idxal olunan məhsulların sanitariya norma və qaydalarına uyğun gəlib-gəlmədiyini aşkar etmək üçün onlardan nümunələr götürərək müayinələr aparır.

AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla qurumun bu ilin birinci yarısı ərzində apardığı müayinələr barədə məlumat əldə edib.

İlin ilk atı ayında müfəttişliyin laboratoriya şöbəsində sanitariya-kimyəvi göstəricilər üzrə 6381, sanitar-bakterioloji göstəricilər üzrə 4785, toksikoloji göstəricilər üzrə 5550 müayinə aparılıb. Onlardan quş əti farşı və dərisi ilə əlaqədar 6 nümunə sanitar-kimyəvi, 1 nümunə süd məhsulu və 1 nümunə isə bioloji aktiv əlavə sanitar-bakterioloji müayinələrə görə sanitariya norma və qaydalarının tələblərinə cavab vermədiyinə görə həmin məhsullar gigiyena qeydiyyatına alınmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.