Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Sanksiyaların ləğvi və Azərbaycan ilə İranın enerji əməkdaşlığının perspektivləri

Sanksiyaların ləğvi və Azərbaycan ilə İranın enerji əməkdaşlığının perspektivləri

Tehran, 19 avqust, AZƏRTAC

İran İslam Respublikası ilə Qərb arasında nüvə proqramına dair əldə olunan razılaşma rəsmi Tehran üçün perspektiv baxımdan əhəmiyyətlidir. Bu razılaşma İran iqtisadiyyatının inkişafına stimul yaratmaqla yanaşı, ölkə hakimiyyətinə həm daxildə, həm də beynəlxalq aləmdə nüfuz qazandırıb. İran diplomatlarının Vyanadan qayıdarkən Tehranda xalq tərəfindən coşqu ilə qarşılanmaları buna sübutdur. Beynəlxalq aləmdə də İran haqqındakı düşüncələrdə dəyişiklik baş verib.

Uzun müddət Qərb mətbuatında İrana qarşı o qədər də ədalətli olmayan və bəzi hallarda qərəzli xarakter daşıyan təbliğatın nəticəsində insanlarda bu ölkə barəsində formalaşmış yanlış təsəvvür müsbət məcraya dönüb. Yaxın Şərqdə baş verən qanlı münaqişələr və bu münaqişələrə dair rəsmi Tehranın mövqeyi, eyni zamanda, terrorçu qruplaşmaların törətdikləri cinayətlərin qarşısının alınması üçün İranın apardığı siyasət onun terroru dəstəkləyən yox, ona qarşı mübarizə aparan dövlət kimi qəbul olunmasını şərtləndirib. Bütün bunlar İranın müasir dünyaya daha sıx inteqrasiya olunmasına həm siyasi, həm də iqtisadi şərait yaradıb.

Əldə edilmiş razılaşma İran və ABŞ ictimaiyyətində qızğın müzakirələrə səbəb olub, həmçinin razılaşmanı dəstəkləyənləri və onun əleyhdarlarını üzə çıxarıb. Bu, İrana dostu ilə düşmənini daha da dəqiqləşdirmək imkanı verib.

ABŞ Konqresi və İran İslam Şurası razılaşmanı təsdiqləməyə tələsməsələr də, hər iki ölkənin daxilində baş verən proseslər, Prezident Barak Obamanın mövqeyi, ictimaiyyətin rəyi və siyasi xadimlərin fikirləri onu deməyə əsas verir ki, milli parlamentlər razılaşmanı təsdiq edəcəklər.

Artıq Almaniya, İtaliya, İsveç, İsveçrə və başqa Avropa dövlətləri İran ilə əməkdaşlıq etmək istəklərini bildiriblər.

Sanksiyaların ləğvindən sonra Azərbaycan ilə İranın qarşılıqlı münasibətlərində hansı dəyişikliklərin meydana çıxacağı sualı doğur. Bu suala birbaşa müsbət cavab verərək, bu müsbətlərin nədən ibarət olduğuna toxunmaq istəyirik.

Əvvəla, İran Prezidenti Həsən Ruhani dəfələrlə bəyan edib ki, rəsmi Tehran xarici siyasətdə qonşu dövlətlərlə əlaqələrin inkişafını prioritet hesab edir. Keçmişdə iki ölkə arasında problemlər mövcud olub. Lakin inkişaf edən dünyada müsəlman əhalisinə malik olan iki qonşu ölkənin problemli münasibətlərlə yaşamasının mümkünsüzlüyünü düzgün qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani siyasi iradə nümayiş etdirərək qarşılıqlı əlaqələrin inkişafının əsasını yaratdılar. Ötən ilin aprelində Azərbaycan Prezidentinin İrana, noyabrda isə İran Prezidentinin Azərbaycana rəsmi səfərləri və əməkdaşlıq haqqında imzalanan sənədlər münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasını şərtləndirdi. Artıq rəsmi şəxslərin intensiv səfərlərini və müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsinin müzakirə edildiyini görürük.

Azərbaycan-İran əlaqələrinin inkişaf mərhələsinə qədəm qoyduğu bir vaxtda enerji sahəsindəki əməkdaşlığın perspektivləri xüsusilə maraq doğurur.

İran böyük neft-qaz ehtiyatlarına malikdir və onları dünya bazarına çıxarmağa çalışır. İran neft ixracını Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə həyata keçirə bilər. Gələcəkdə isə Transanadolu (TANAP) qaz kəmərinin istifadəçiləri sırasına qoşulmaqla İran təbii qazının Avropaya nəql edilməsinə nail olar.

Hazırda İran gündə 100 milyon kubmetr qaz hasil edir. Yaxın gələcəkdə bu ölkənin qaz hasilatının həcmi 700 milyon kubmetrə çatacaq. İranın milli qaz ixracı şirkətinin rəhbəri Əlirza Kamali bildirib ki, istehsal olunan qazın ixracı üçün Azərbaycan ilə əməkdaşlıq nəzərdən keçirilir. Bu məsələ iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin avqustun 3-də Tehrana səfəri zamanı İranın neft naziri Bijən Zəngənə ilə görüşündə də müzakirə edilib. Müzakirələrin nəticəsində mütəxəssislərdən ibarət işçi qrupunun yaradılması qərara alınıb.

İranın TANAP layihəsinə qoşularaq təbii qazının Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli məsələsi də müzakirə olunur. İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib ki, bu istiqamətdə SOCAR ilə danışıqlar davam etdirilir. TANAP layihəsinin 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bu vaxta qədər isə tərəflərin razılığa gələcəyini ehtimal etmək olar. Adıçəkilən layihələrdə iştirak etmək İran üçün o baxımdan sərfəlidir ki, sanksiyalar ləğv edildikdə İran enerji resurslarını dünya bazarlarına çıxarmaq imkanı qazanacaq. Azərbaycanın kəmərlərindən istifadə olunacağı təqdirdə milyardlarla xərc çəkib yeni nəqliyyat infrastrukturu yaratmağa ehtiyac qalmayacaq. Uzun illər qadağalar altında qalaraq ixrac potensialını gerçəkləşdirə bilməyən İranın maliyyə imkanının məhdudluğunu da nəzərə alsaq, onda belə qərara gələ bilərik ki, optimal şərtlərlə rəsmi Tehran BTC və TANAP layihələrindən istifadə edəcək. Bu işin Azərbaycan üçün faydası ondan ibarətdir ki, dövlət büdcəsinə neft və qazın tranzitindən ildə təxminən 50 milyon dallar gəlir gələcək.

Beləliklə aydın olur ki, sanksiyaların aradan qaldırılması nəticəsində enerji sahəsində əməkdaşlığın daha da dərinləşməsi hər iki dövlətin milli maraqlarına xidmət edəcək.

Bu gün dünya bazarında neftin qiymətinin ucuzlaşması müşahidə edilir. İranın neft ixracına başlaması ilə dünyada neftin qiymətinin daha da ucuzlaşacağı kimi spekulyativ fikirlərə gəldikdə isə qeyd etmək lazımdır ki, hazırda neftin qiymətinin aşağı düşməsi siyasi xarakter daşıyır. Dünyada cərəyan edən bəzi geopolitik problemlər həll olunduqdan sonra qiymətlər yenidən yüksələcək.

Avqustun 17-də İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Əli Xamneyi bəyan edib ki, İran ABŞ-ın ölkəyə nüfuz etməsinə imkan verməyəcək. Bu bəyanatdan istifadə edən bəzi delitant siyasi şərhçilər, qeyri obyektiv şərhlər verərək bildirirlər ki, guya İranda ikihakimiyyətlik mövcuddur. Başda Ə. Xamneyi olmaqla dindarlar Prezident H. Ruhaninin rəhbərlik etdiyi islahatçılara qarşı çıxır və danışıqların əleyhinədir ki, bu da Qərblə əməkdaşlığa maneə törədir.

Əvvəla, müasir dünyada baş verən iqtisadi durğunluqda Qərbin İrana daha çox ehtiyacı var. Digər tərəfdən, danışıqlar prosesində İran diplomatları bir addım da olsun milli maraqlardan geri çəkilmədilər. Prezident H. Ruhani danışıqların Ali Rəhbərin xeyir-duası və tövsiyələri əsasında aparıldığını bəyan edib. İranın hakimiyyət iyerarxiyasına görə Ali Rəhbər ali hakimiyyətin təmsilçisidir. Onun razılığı olmadan danışıqlar başlaya bilməzdi.

Hələ İran İslam İnqilabının banisi İmam Xomeyni “Son vəsiyyəti”ndə yazıb ki, İran dünya dövlətləri ilə mehriban münasibətlər quraraq inqilabın nailiyyətlərini qoruyub saxlamalıdır. Yəni, İslam dəyərləri mühafizə edilməli, əməkdaşlıq isə İranın milli sərvətlərinin talanması ilə nəticələnməməlidir.

Məhz İmam Xomeyninin yolunu davam etdirən Ə. Xamneyi öz bəyanatı ilə demək istəyir ki, əməkdaşlıq əlaqələrinin bərpası sərvətlərin talanması və İslam mədəniyyətinin Qərb mədəniyyəti ilə əvəz olunması ilə müşayiət edilməyəcək. Göründüyü kimi, Ə. Xamneyi heç də bərabərhüquqlu əməkdaşlığın əleyhinə deyil. Sadəcə olaraq Ali Rəhbər dövlətlərin daxili işlərinə qarışmağın, humanizm və ədalət prinsiplərinin arxa plana keçməsinin, eyni zamanda, Qərb dəyərlərinin İslam əxlaqını sıxışdırmasının əleyhinədir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib