DÜNYA
Sankt-Peterburq terrorunun təşkilində təqsirləndirilən şəxslərdən biri həbs olunub
Moskva, 18 aprel, AZƏRTAC
Aprelin 3-də Sankt-Peterburq metrosunda törədilmiş terror aktının təşkilində təqsirli bilinən və aprelin 17-də Moskva ətrafında saxlanılan Abror Azimov məhkəmə dinləmələri zamanı özünü təqsirkar hesab etmədiyini bildirib. O deyib ki, təşkilində iştirak etdiyi hadisənin terror aktı olmasından xəbərsiz olub. Eyni zamanda, Azimov həbs olunmasına etiraz etməyib. A.Azimov əslən qırğızıstanlıdır.
Rusiya Təhqiqat Komitəsinin müstəntiqləri isə Abror Azimovun həmin terror aktında əli olduğunu iddia edirlər. Onun 1 ay 16 gün müddətinə həbs edilməsi tələb olunur.
Abror Azimovun hadisənin təşkilində əli olması terror aktını törətmiş A.Cəlilovun telefon əlaqələrinin araşdırılması nəticəsində müəyyən edilib.
Aprelin 18-də Moskvanın Basmannı məhkəməsi onun haqqında həbs qəti imkan tədbiri seçilməsi barədə qərar verib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]